Koçuk "Səbail"dən ayrılır, Maudo qərar verməyib

Mövsümü üçüncü pillədə başa vuran "Səbail" yerli futbolçularla müqaviləni uzatsa da, legionerlər ortaq məxrəcə gələ bilmir.

Newsport.az-ın məlumatına görə, komandada aparıcı əcnəbi futbolçusu Yevgeni Koçuk yeni müqavilə təklifinə müsbət yanaşmayıb. Moldova millisinin yarımmüdafiəçisi ilə danışıqlar uğursuz gedir və onunla anlaşmanın əldə edilməyəcəyi gözlənilir.

Qvineya-bisaulu müdafiəçi Maudo Jarjue yeni müqavilə təklifinə hələ cavab verməyib. Onun sərfəli təklifləri var və "Səbail"dən vaxt istəyib.

Fransalı forvard Kevin Kubemba isə böyük ehtimalla, komandada qalacaq.

Kubemba cari mövsüm 31 oyuna 5 qol vurub. Koçuk isə meydana çıxdığı 27 oyunda 27 oyunda 4 dəfə fərqlənib. Maudo cari mövsüm 28 oyun meydana çıxıb.

"Səbail" Ruslan Qurbanov, Tamazi Tsetsxladze, Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberri ilə yolları ayırıb, Rahid Əmirquliyev, Aleksandr Rıbka, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Vüqar Bəybalayevlə müqaviləni uzadıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right