Gerye və Mustivar milliyə çağırıldı

Haiti millisinin KONKAKAF Millətlər Liqasının final mərhələsi üçün geniş heyəti açıqlanıb.

Newsport.az-ın yerli federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Mark Kollat ilkin mərhələdə 40 futbolçuya dəvət göndərib. Onların arasında "Qarabağ"ın müdafiəçisi Donald Gerye və "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar da var.

Qeyd edək ki, turnirin startına - iyunun 16-na qədər futbolçuların sayı 23 nəfərə endiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right