"Azərbaycanı məğlub etmək borcumuzdu" Marko Rossi

"Slovakiyaya qarşı ilk oyunu pis keçirmədik. Görüş ərzində 3-4 səhvimiz oldu. Xorvatiya isə bizimlə qarşılaşmada bu səhvləri buraxdı. Əgər onlardan istifadə etməsəydik, indi geridə qalmış iki uğursuz oyundan danışacaqdıq". Newsport.az saytının məlumatına görə, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib.

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqibinin dünən ilkin heyətini bilinib. Rossi dəvət etdiyi 32 oyunçu arasında seçim aparacaq və gələn həftə yekun "22-liy"i açıqlayacaq.

İtaliyalı mütəxəssis yerli mətbuata açıqlamasında Bakıya qələbə dalınca gələcəklərini söyləyib: "Qarşıdakı iki oyunda 6 xal toplamaq istəyirəm. Amma məsələyə sərt baxmaq fikrim də yoxdu. Xüsusən də, Azərbaycanı məğlub etmək borcumuzdu. Lakin meydanda 11 futbolçu 11 rəqibə qarşı çıxış edir və nəticə hər zaman müəmmalı olur. Hələ Xorvatiya üzərində qələbədən sonra Azərbaycanı məğlub etmək məcburiyyətində olduğumuzu dedim. Bakı asan yer deyil. Səfərdə oynayacağıq və hava da çox isti olacaq. Bunlar bizim xeyrimizə deyil. Amma yenə də qələbə qazanmağa çalışmalıyıq".

Rossi Azərbaycan millisi barədə ətraflı məlumat öyrəndiyini də əlavə edib: "Azərbaycanın oyunlarının videosuna baxmışam. Xüsusən də, son iki matçlarını izlədim. Yeni baş məşqçi təyin etmələri önəmli məqamdı. Xorvatiya və Litva ilə görüşlərini izləmişəm. Rəqibin heyətində hücumçu Ramil Şeydayevi və bir yarımmüdafiəçilərinin İspaniya çempionatında oynadığını qeyd edə bilərəm. Adətən 4-3-3 və ya 4-1-4-1 sistemində çıxış edirlər. Müdafiə xətti stabildi, bu üzdən hücum etməyə çalışırlar. Biz də hazırıq və təsadüflərə inanmırıq".

Qeyd edək ki, Macarıstan yığması iyunun 8-də Bakıda Azərbaycan, 11-də isə Budapeştdə Uelslə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right