Azad Rəhimov: “Arsenal” və “Çelsi” azarkeşləri düşmən deyillər

“Bura Avropadır. Bütün şəhərlər bu cür yüksək səviyyəli yarışları və tədbirləri qəbul edə bilər”. Newsport.az saytınınməlumatına görə, bu sözləri Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov deyib.

“SKY Sport”a açıqlama verən nazir Bakının Avropa Liqasının final oyunu üçün tam hazır olduğunu bildirib: “İnanıram ki, şəhərimizlə və qonaqpərvərliyimizlə qarşılaşan hər kəs mütləq yenidən Bakıya qayıtmaq istəyəcək. Bizim hava limanımız iki saat ərzində 7-10 min arası sərnişin qəbul etmək iqtidarındadır. Bu, Azərbaycan Hava Yollarından alınan rəsmi məlumatlardı. Əsas məsələ insanları aeroportda çox gözlətməmək, viza prosedurları zamanı vaxt itirməməkdir. Bütün bunlar hər nəfər üçün maksimum 25-30 saniyə ərzində həll ediləcək”.

Dövlət rəsmisi təhlükəsizliyin tam təmin olacağı ilə bağlı təminatlar da verib: “Təhlükəsizlik xidmətləri ilə xeyli təlimlər keçmişik. Meydandakı stüardlar istənilən problem həll edəcək təcrübəyə sahibdirlər. Hazırda biz sadəcə azarkeşlərin rahatlığı haqqında düşünürük. Şəxsən düşünürəm ki, “Arsenal” və “Çelsi” azarkeşləri düşmən deyillər, ona görə də Bakıda hər hansı problem olmayacaq”.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakıda keçiriləcək, həlledici görüşdə “Arsenal”la “Çelsi” üz-üzə gələcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right