Samir Abasov 60 milyon avroluq futbolçudan imtina etdi

Ötən mövsüm Portuqaliyanın "Sportinq" klubundan "Zirə"yə bir illik icarə əsasında keçən Budaq Nəsirov paytaxt klubundan ayrılıb.

 

Newsport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Samir Abasov Azərbaycan millisinin üzvünün xidmətində maraqlı olmayıb. 22 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Lissabon klubuna qayıdacaq. "Sportinq"in Nəsirovla yola davam edib-etməyəcəyi bəlli deyil.

 

Budaq Premyer Liqada başa çatan mövsüm ərzində 12 oyun (642 dəqiqə) keçirib.

 

Azərbaycanda Şahin Diniyevin rəhbərliyi altında "Kəpəz"də parlayan futbolçu 2016-cı ildə "Sumqayıt"dan "Sportinq"ə keçib. Nəsirov Lissabon klubunun B komandasında çıxış edirdi. Onun "Sportinq"lə 2021-ci ilə qədər müqaviləsi var və sərbəst qalma dəyəri 60 milyon avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right