"Sumqayıt"da ciddi itki: finala yetişəcək?

Ölkə kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" ciddi itkiylə üzləşib.

Newsport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin heyətində Peyman Babayi sıradan çıxıb. 25 yaşlı forvard üç gündür ki, komanda ilə birgə məşq etmir. Babayi həlledici görüşdə oynamaya bilər.

Peyman "Sumqayıt"da 13 oyuna 6 qol vurub.

Naxçıvan şəhər stadionunda baş tutacaq "Qəbələ" - "Sumqayıt" finalı mayın 19-u, saat 16:30-da baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right