Bilet satışında 3-cü mərhələ

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq Avropa Liqasının final oyununa bilet satışının üçüncü mərhələsi yaxın günlərdə həyata keçiriləcək.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, satış prosesinin üçüncü mərhələsi üçün ayrılmış biletlər yaxın günlərdə UEFA tərəfindən təqdim olunacaq.

Biletlər paytaxtımızdakı müxtəlif satış nöqtələrində satılacaq.

Qeyd edək ki, ilkin mərhələdə biletlər UEFA tərəfindən onlayn satışa çıxarılmış, sonra isə Bakı şəhərindəki müxtəlif satış nöqtələrində biletlərin fiziki satışı təşkil olunmuşdu.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah