Emin ehtiyatda qaldı, “Kalmar” uduzdu

Futbol üzrə İsveç çempionatında 9-cu turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. 


Sözügedən kollektiv səfərdə “Hekken”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.


Emin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.


“Kalmar” hazırda 11 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right