Bakı finalı öncəsi qələbə

Avropa Liqasının finalçısı "Çelsi" yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Newsport.az xəbər verir ki, "zadəganlar" ABŞ-da yerli "New England Revolution" komandası ilə xeyriyyə xarakterli oyunda üz-üzə gəlib.

Artıq 3-cü dəqiqədə Ross Barklinin qolu ilə önə keçən ingilislərin heyətində 29-cu dəqiqədə Olivye Jiru fərqlənib. İkinci hissədə Barkli həm dubla imza atıb, həm də qarşılaşmada son nöqtəni qoyub - 3:0. Böyükhesablı qələbə qazanan londonlularda baş məşqçi Mauritsio Sarri 10 əvəzləmədən istifadə edib.

Qeyd edək ki, "Çelsi" mayın 29-da Bakı Olimpiya Stadionunda Avropa Liqasının final görüşündə "Arsenal"la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right