Amit Quluzadə klubsuz qaldı

Azərbaycanlı futbolçu Amit Quluzadə klubsuz qalıb.

 

Newsport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qış fasiləsində transfer olduğu Bosniya və Herseqovina təmsilçisi "Çelik"dən ayrılıb. Amitlə başa çatan müqavilə uzadılmayıb.

 

Qeyd edək ki, Amit “Neftçi”, "Rəvan", “Qəbələ”, "Səbail" və “Sumqayıt”da çıxış edib. O, Türkiyənin "Ərciyyəspor", Yunanıstanın AEL və Portuqaliyanın "Atletiko" klublarının da şərəfini qoruyub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right