"Qarabağ"ın sabiq futbolçusu rekord müqaviləyə qol çəkdi

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Çində davam etdirməyə qərar verib.

 

Newsport.az soccerladuma.co.za saytına istinadən xəbər verir ki, 29 yaşlı forvard çıxış etdiyi I Divizion təmsilsi "Hançjou Qrintaun"la müqavilə müddətini 2 il uzadıb. Ndlovunun məvacibi açıqlanmayıb. Xəbərdə Dinonun dünyada ən yüksək ödənişli cənubi afrikalı futbolçulardan biri olduğu vurğulanıb.

 

Ndlovu 2016-cı ildə Kiprin "Anortosis" klubundan "Qarabağ"a keçmişdi. Cənubi afrikalı forvard 2018-ci ilin qış transfer dönəmində "Hançjou Qrintaun"a keçmişdi. O, Çin klubunda 32 oyuna 25 qol vurub. Dino "Qarabağ"da 32 oyunda 17 dəfə qapılara yol tapmışdı.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right