Paytaxt klubunda 6-cı ayrılıq

“Atletiko” daha bir futbolçusu vidalaşıb. Newsport.az saytı xəbər verir ki, vinger Lusiano Vyetto komandanı birdəfəlik tərk edib.

Son üç ili fərqli klublarda icarə əsasında keçirən 26 yaşlı oyunçu karyerasını Portuqaliyada davam etdirəcək. Argentinalı “Sportinq”ə transfer olunub. Bu keçid Lissabon təmsilçisinə 7,5 milyon avroya başa gəlib.

Qeyd edək ki, "Atletiko" mövsümün sonunda həmçinin Lukas Ernandes, Dieqo Qodin, Filipe Luis, Xuanfran və Antuan Qrizmannla da yollarını ayıracaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah