"Keşlə"də yeni müqavilə

Azərbaycan Premyer Liqasında sonuncu yeri tutmasına baxmayaraq, gələn mövsüm də elitada mübarizə aparması gözlənilən "Keşlə" heyətlə bağlı çalışmalara başlayıb. Newsport.az saytının məlumatına görə, paytaxt təmsilçisində bir futblçunun taleyinə aydınlıq gəlib.

Söhbət cinah müdafiəçisi Slavik Alxasovdan gedir. Klub rəhbərliyi 26 yaşlı oyunçu ilə yeni müqavilə məsələsində ortaq məxrəcə gəlib. Beləliklə, Alxasov gələn mövsümü də "Keşlə"də keçirəcək.

Qeyd edək ki, "Keşlə" braziliyalı müdafiəçi Denis Silva ilə yollarını ayırmağı planlaşdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right