"Neftçi"dəki "uğuru" Bordini İtaliyaya aparır

"Neftçi"nin baş məşqçisi Roberto Bordin klubu tərk edə bilər. Newsport.az saytı xəbər verir ki, bu iddia ilə Italiya mətbuatı çıxış edib.
 
Bildirilir ki, paytaxt klubundakı ilk ilində Azərbaycan çempionatının gümüş mükafatını qazanan Bordinin ölkəsində fəaliyyət göstərmək şansı yaranıb.
 
"Şerif"lə Moldova çempionu olan və ardından "Neftçi" ilə ikinci yeri tutan 54 yaşlı mütəxəssisin ölkə xaricindəki uğurunun İtaliya klublarının diqqətini çəkəcəyi istisna edilmir: "Neftçi" onun rəhbərliyi altında Avropa Liqasına vəsiqə qazandı. Ancaq mütəxəssisin gələcəyi sual altındadı. Bordin "ağ-qaralar"da davam edə bilər. Məsələ burasındadı ki, son illər çalışdırdığı komandaların uğurlu nəticələri Bordinin İtaliya klublarından təklif almasını qaçılmaz edir".
 
Qeyd edək ki, ötən yay "Neftçi"nin "sükanı arxası"na gətirilən Roberto Bordinin klubla müqavilə müddəti gələn ilin iyuluna qədərdi.
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah