Jezniçak keçmiş komandasına qayıdır?

Mövsüm başa çatar-çatmaz "Qarabağ"ın yollarını ayırdığı Yakub Jezniçak karyerasını ölkəsi Polşada davam etdirəcək. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, təcrübəli müdafiəçinin adı son olaraq keçmiş komandası "Legiya" ilə birgə hallanıb.

Ekstraklasa təmsilçisinin baş məşqçisi Aleksandr Vukoviç də açıqlamasında bunu istisna etməyib. Lakin serbiyalı mütəxəssis 33 yaşlı futbolçu ilə danışıq aparılmadığını vurğulayıb: "Jezniçakla hər hansı bir söhbətim olmayıb. Çünki diqqətimizi çempionatın son turlarına cəmləmişik. Hazırda çempionluq uğrunda mübarizə aparırıq. Mövsüm başa çatdıqdan sonra transfer məsələlərinə baxacağıq".

Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"a gəlməzdən əvvəl 2004-2017-ci illərdə "Legiya"nın şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right