AFFA-dan iki komandaya texniki məğlubiyyət

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Futzal üzrə Yüksək Liqanın “Araz” – EKOL matçının 40-cı dəqiqəsində “Araz”ın futzalçısı İsa Atayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün klub 1 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın EKOL – “Araz” matçının 38-ci dəqiqəsində EKOL-un futzalçısı Ramiz Çovdarov aqressiv davranışa görə meydandan kənarlaşdırıldığı üçün klub 2 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – “Təbriz” matçında “Təbriz” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Azərbaycan həvəskarlar liqasının “Fədək” – “Neftçala” matçında “Fədək” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right