“Qarabağ”dan “Neftçi” və “Səbail”ə təbrik, “Qəbələ”yə təşəkkür

“Qarabağ” Azərbaycan Premyer Liqasında gümüş və bürünc medallar qazanmış “Neftçi” və “Səbail”i bu uğur münasibətilə təbrik edib.

Newsport.az Ağdam təmsilçisinin “facebook” səhifəsinə istinadən xəbər verir ki, “Neftçi” və “Səbail”i təbrik edən “Qarabağ”, çempionluq münasibətiylə klubu təbrik təbrik edən “Qəbələ”yə isə təşəkkür edib:

“Qarabağ” Futbol Klubu Premyer Liqada gümüş və bürünc medallar qazanmış “Neftçi” və “Səbail”i bu uğur münasibəti ilə təbrik edir, klublarımıza avrokuboklarda uğurlar arzulayır. Eyni zamanda, “Qarabağ” FK-nı çempionluq münasibətiylə təbrik edən “Qəbələ” İK-ya təşəkkür edir və “Sumqayıt”la ölkə kubokunun finalında güclü olanın qalib olmasını diləyirik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right