FİFA-dan “Qarabağ”a məktub Foto

FIFA prezidenti Canni İnfantino "Qarabağ"a təbrik məktubu göndərib. Newsport.az  xəbər verir ki, İnfantino məktubu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevə ünvanlayıb.

Ali futbol qurumunun rəhbəri beynəlxalq futbol ictimaiyyəti adından "Qarabağ"ı Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün qalibi olması, ardıcıl 6-cı dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, "Qarabağ" növbəti mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right