Arşavin Bakının və BOS-un gözəlliklərindən danışdı: "Əminəm ki, "Arsenal"la "Çelsi" və azarkeşləri Azərbaycanda gözəl qarşılanacaqlar"

Rusiya millisinin liderlərindən olmuş, Bakıdakı Avroliqasının finalının səfiri olan Andrey Arşavin mayın 29-da keçiriləcək "Arsenal" - "Çelçi" finalıyla bağlı gözləntilərini açıqlayıb. Newsport.az xəbər verir ki, 37 yaşlı keçmiş hücumçu London təmsilçilərinin və azarkeşlərinin Azərbaycanda gözəl qarşılanacağına əmin olduğunu bildirib:

"UEFA Avropa Liqasının finalı möhtəşəm olacaq. Ancaq mənə elə gəlir ki, komandalar üçün yeganə çətinlik uzunmüddətli uçuş olacaq. qalan şeydə isə heç nəylə fərqlənmir. Bir ay öncə Bakı Olimpiya Stadionunda olmuşdum. Bu, çox böyük və müasir arenadı. Təkilatçılar söz veriblər ki, meydança yaxşı vəziyyət olacaq. Bu isə futbolçular ən vacibdi".

Arşavin onu da sözlərinə əlavə edib ki, finalın keçiriləcəyi paytaxtımız da onun çox xoşuna gəlir: "Bakı gözəl, təmiz şəhərdi. Və hər dəfə ora gəldiyim vaxt daha yaxşı və yaxşı olur. Əla Xəzər dənizi, dadlı yemək...Turistlər üçün lazım olan hər şey Bakıda var".

Qeyd edək ki, Arşavin "Zenit"in heyətində Avroliqanın sələfi olan UEFA Kubokunun qalibi olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right