Rizvanov “Sparta”ya qarşı 70 dəqiqə oynadı

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 7-ci turunun oyunları keçirilib. Newsport.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Arziman Rizvanovun formasını geyindiyi “Bohemians” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Sparta” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Rizvanov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.

“Bohemians”ın U-21 komandası hazırda 12 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right