Sultanovun etirafı: “Qarabağ”ın qapısına penalti təyin olunmamalıydı”

Dünən “Xəzər” TV-də yayımlanan “Futbol Saatı” verilişinin qonağı olan Ceyhun Sultanov maraqlı açıqlamalar verib. “Neftçi”nin idman direktoru komandanın son mövsümdəki çıxışını dəyərləndirib, çempion ola bilməmələrinə izah verməyə çalışıb.
 
Sultanov hakimlik barədə danışarkən, son turda – “Qarabağ” la oyunda qazandıqları ilk penaltinin düzgün təyin edilmədiyini bildirib. O, 11-ci dəqiqədə Baqali Dabonun qola çevirə bilmədiyi cərimə zərbəsinin doğru təyin olunmadığını söyləyib. Buna baxmayaraq, Kamal Umudlunun idarəçiliyini yüksək dəyərləndirən Ceyhun bəy, gənc referilərə güvənməyin lazım olduğunu, onların məsuliyyətin öhdəsindən gəldiyini sözlərinə əlavə edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right