Mahmudov mövsümün son matçında komandasına qələbə qazandırdı

Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub zonasında mövsümə yekun vurulub.

Newsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi “Frankfurt” da sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 26-cı tur çərçivəsində doğma meydanda “Karlsrue” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1. 

Murad da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 65-ci dəqiqədə məhz Mahmudov vurub.

Frankfurt təmsilçisi mövsümü 12 xalla 14 kollektiv arasında sonuncu pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right