Vüqar Nadirova mükafatı Nikola Yurçeviç təqdim etdi FOTOLAR

AFFA-nın təşkil etdiyi Region Liqasının 2018/2019 mövsümünə yekun vurulub.

 

Newsport.az-ın məlumatına görə, "ASCO Arena"da keçirilən final qarşılaşmasında Qusarın “Sahdağ” və Sumqayıtın “Uğur” komandaları qarşılaşıb.

 

Rəqibini 2:0 hesabı ilə məğlub edən “Uğur” ardıcıl ikinci dəfə Region Liqasının qalibi olub. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İçtimai Birliyinin prezidenti İskəndər Cavadov, İK-nın üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və Azərbaycan milli komandasının baş məqçisi Nikola Yurçeviç təqdim ediblər.

 

Vüqar Nadirov Region Liqasının 2018/2019-cu il mövsümünün ən yaxşı oyunçusu adına layiq görülüb.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right