"Qarabağ"ın ikinci mərhələdə potensial rəqibləri müəyyənləşdi

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək son çempion "Qarabağ"ın 2-ci təsnifat mərhələsində hansı səbətdə yer alacağı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu ilk mərhələdə olduğu kimi 2-cidə də səpələnmişlər səbətində olacaq. Buna UEFA reytinqində özündən irəlidə olan Yunanıstan çempionu PAOK-un mübarizəyə 3-cü təsnifat mərhələsindən başlaması səbəb olub.

Qurban Qurbanovun komandası 1-ci mərhələni keçsə, növbəti rəqibi "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dandalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels) və ya "Slovan" (Slovakiya) ola bilər.

Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-də keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right