"Qarabağ" üç futbolçunun ayrılığını rəsmən açıqladı

Mövsümü çempion başa vuran "Qarabağ" üç futbolçusu ilə yollarını ayırıb.

 

Newsport.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Reynaldo Silva, İnnosent Emeqara və Yakub Jezniçakla başa çatan müqaviləni uzatmayıb. Klub hər üç futbolçuya təşəkkür edib və uğurlar arzulayıb.

 

Jezniçak 2017-ci ilin yayından Ağdam klubunda çıxış edirdi. Daha əvvəl də "Qarabağ"ın formasını geyinən İnnosent Emeqara ötən mövsümün əvvəlində, Reynaldo isə bu qış Azərbaycana qayıtmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right