"Arsenal"ın Bakıya səfər planı

"Arsenal"ın Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya səfər planı açıqlanıb. Newsport.az xəbər verir ki, bu barədə "topçular"ın baş məşqçisi Unay Emeri açıqlama verib.
 
İspaniyalı mütəxəssis mayın 20-də Londonda bir araya gələcəklərini bildirib. O, İngiltərə paytaxtında 3 gün hazırlıq keçdikdən sonra mayın 25-də Bakıya doğru hərəkət edəcəklərini söyləyib. Emeri Azərbaycan paytaxtında da daha 3 məşq gerçəkləşdirəcəklərini diqqətə çatdırıb.
 
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal"ın digər rəqibi "Çelsi" olacaq. Oyun saat 23:00-da başlanacaq. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right