Ayazla Azər oynamadı, klubları...

Futbol üzrə Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, hesabat turu iki azərbaycanlı futbolçu – Ayaz Quliyev (“Spartak”) və Azər Əliyevin (“Ufa”) komandalarının dueli ilə əlamətdar olub.

Moskva təmsilçisi doğma meydanda baş tutan bu oyunda minimal hesabla qələbə qazanıb - 1:0.

Ayazla Azər bu görüşün iştirakçısı olmayıb. Quliyevin adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib. Əliyev isə komandasının uduzduğu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Spartak” 28 turdan 46 xalla 4-cü, “Ufa” isə 26 xalla 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right