Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 33-cü turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Qroyter”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Nazarov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
“Ersgebirge” hazırda 40 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.