Samir Abasov "Zirə"dən ayrılacaq? AÇIQLAMA

Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Sabah"ı 3:0 hesabı ilə məğlub edən "Zirə"nin baş məşqçisi Samir Abasov oyundna sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

 

41 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

"Bu oyun hazırda gedən mətbuat konfransı kimi formal xarakter daşıyırdı. Heç bir şeyi həll etməyən matç idi. Qələbə münasibəti ilə futbolçuları təbrik edirəm. Beşinci pillədəki yerimizi qoruduq. Uduzsaydıq, yeddinci yerə də düşə bilərdik. Bu mövsüm "Zirə" üçün çətin keçdi. Ölkə kubokunda şansımız var idi, ancaq finala adlamadıq. Çempionatda da istədiyimiz yerdə qərarlaşa bilmədik. Ancaq ötən dəfə dediyim kimi, gələcəyə baxmalıyıq, planlar qurmalıyıq və yaxşı komanda yaratmalıyıq".

 

Abasov "Zirə"dən ayrılacağı ilə bağlı gəzən iddialara münasibət bildirib. Mütəxəssis "Zirə"də qalacağını bəyan edib: "Zirə" rəhbərliyi ilə ilkin görüş baş verib. Komandada qalacağımla bağlı söhbət oldu. Burada qalacam və müqaviləni davam etdirəcəyik. Komandada nələr olub-olmayacağı ilə bağlı görüşümüz olacaq. Yekun görüşdə çox şeyə qərar verəcəyik. Hansı futbolçuların göndəriləcəyi hələ bəlli deyil.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right