"Heyətin 95 faizi dəyişəcək" - Tərlan Əhmədov

Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Səbail"i 4:1 hesabı ilə məğlub edən "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Newsport.az-ın məlumatına görə47 yaşlı mütəxəssis oyunu şərh edib: "Motivasiya və emosiya yox idi. Təzyiq olmadığı üçün belə oyun alındı. Bəlkə də, "Səbail" 3-cü pilləni təmin etdiyi üçün rahat alındı".

 

Əhmədov Lisenziyalaşdırma Komitəsinin "Keşlə"yə Premyer Liqada oynamaq hüququ verməsiylə bağlı bunları deyib: "Bu barədə indi eşidirəm. AFFA-nın qərarına hörmətlə yanaşırıq".

 

Təcrübəli mütəxəssis "Keşlə"dəki gələcəyindən danışıb: "Bazar ertəsi klub prezidenti Zaur Axundovla görüşəcəm. Hər şeyə həmin görüşdən sonra aydınlıq gələcək. Qalsam, heyətin 95 faizi dəşiyəcək".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right