"Səbail" Mirabdulla Abbasovu transfer edir? - Aftandil Hacıyevdən açıqlama

Azərbaycan Premyer Liqasının 28-ci turunda evdə "Keşlə"yə 1:4 hesabı ilə uduzan "Səbail"in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Newsport.az-ın məlumatına görə37 yaşlı mütəxəssis öncə cari mövsümlə bağlı danışıb: "Çempionat ərzində əzmkar çıxış etdik. Buna görə də azarkeşlərimizi və "Səbail" ailəsini təbrik edirəm. Fikrimcə, çempionata rəng qata bildik. Qarşıda Avropa Liqası var. Futbolçularımı təbrik edirəm".

 

Hacıyev "Neftçi"nin hücumçusu Mirabdulla Abbasovla danışıqlar apardıqlarını deyib: "Rəsmi danışıqlar olmayıb. Futbolçunun özüylə danışmışıq. Bu məsələyə növbəti günlərdə aydınlıq gələcək. Bu transfer üçün təzminat ödənilsə, onunla uzun müddətli saziş imzalanacaq".

 

Gənc mütəxəssis gecənlərin siyahısını müəyyənləşdirməyib: "Yerli futbolçulardan bizdə qalıb-qalmayacaqları ilə bağlı cavab almışıq. Bəziləri hələ heç nə deməyib. Bir həftədən çox gzləməyə vaxtımız yoxdur. Futbolçuları da qınamaq olmur, hamısı yaxşı şərtlər altında oynamaq istəyir. Bizim bəlli büdcəmiz var".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right