Rüfət Dadaşovun taleyinə aydınlıq gəldi

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun taleyinə aydınlıq gəlib. Newsport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, III Bundesliqa təmsilçisi "Proyssen" forvardı komandada saxlayacaq.

Ümumiyyətlə, Münster klubu mövsümün sonunda heyətində köklü islahatlar aparmağa hazırlaşır. Məşqçilər korpusu hazırkı komandadan cəmi 5-6 nəfəri saxlamaq və yeni heyəti onların ətrafında formalaşdırmaq niyyətindədi. Almaniya klubunda qalacaq futbolçular arasında Dadaşov da var. Onun müqavilə müddəti gələn ilin yayına qədərdi və rəhbərlik hücumçu ilə yola davam qərarı verib.

Qeyd edək ki, Rüfət Dadaşov "Proyssen"ə ötən ilin yayında Berlin "Dinamo"sundan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right