“Neftçi”dən “Qarabağ”lı azarkeşlərə şok Biletlər 50 manatdır

Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb. Newsport.az xəbər verir ki, biletlər sektordan asılı olmayaraq 50 manat təşkil edir.

Bu barədə “Neftçi”nin rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Biletlərin 50 manata satışa çıxarılması Azərbaycan futbol tarixində ilkdir. Heç vaxt daxili çempionat oyunlarına biletlər 5 manatdan yuxarı məbləğdə olmayıb.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu saat 18:00-da başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right