“Arsenal” Mxitaryanı Bakıya gətirmək istəmir

Avropa Liqasının finalına yüksələn “Arsenal” “Çelsi” ilə Bakıda keçiriləcək həlledici oyuna erməni futbolçusu Henrix Mxitaryanı gətirmək fikrində deyil.

Newsport.az “Daily Telegraph”a istinadən xəbər verir ki, klub təhlükəsizlik səbəbindən Mxitaryanı Bakıya gətirməyi düşünmür. “Topçular” futbolçunu Bakıya gətirməkdə istəksizdir. “Arsenal” klubundan verilən məlumatda qeyd edilib ki, futbolçuların təhlükəsizliyi vacibdir: “Bütün futbolçularımızın güvəndə olması vacibdir. Bu, böyük önəm daşıyır”.

Henrix Mxitaryan 2015-ci ildə Almaniyanın Dortmund “Borussiya”sı ilə Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə Bakıda keçirilən oyunu üçün səfər etməmişdi. Ötən il isə “Arsenal” 30 yaşlı yarımmüdafiəçini “Qarabağ”la Avropa Liqasının qrup mərhələsində keçirilən oyunda Azərbaycana gətirməmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right