“Bakıda daha yaxşı oyunla qələbə qazanmalıyıq”

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Ayntraxt”la 1:1 hesablı bərabərliyə razılaşaraq, rəqibi penaltilər seriyasında məğlub edən “Çelsi”nin futbolçusu Eden Hazard açıqlama verib.

Newsport.az xəbər verir ki, 28 yaşlı futbolçu, xarakterləri sayəsində mərhələ keçdiklərini deyib:

“İlk hissədə yaxşı oynadıq, amma yarımfinal mərhələsi o qədər də asan deyil. Penaltilər seriyasında şanslar bərabər idi. Sonda xarakterimizi ortaya qoyduq və final oyununa vəsiqə qazandıq.

Məcbur olduğum zaman həmişə məsuliyyəti öz üzərimə götürürəm. Hazırda nəticəyə görə xoşbəxtəm, amma hələ heç nə bitməyib. Bu turnirdə “Arsenal”la keçirəcəyimiz bir oyun daha var. Bakıda daha yaxşı oynayaraq, qələbə qazanmalıyıq”.

“Bu, “Çelsi” formasıyla “Stemford Bric”dəki son oyunun idi” sualına cavab verən belçikalı futbolçu, bunları deyib: “Hazırda bu haqda düşünmürəm. Sadəcə bu klub, bu komanda üçün nələrsə qazanmağı düşünürəm. Final oyunu son matçım olacaqsa, orda bu klub üçün hər şeyi edəcəm, amma indi heç nə bilmirəm”.

Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right