Eratın komandası ilk pley-off matçından qalib ayrıldı

Futbol üzrə Türkiyə 2-ci liqasında 1-ci liqaya vəsiqə uğrunda pley-off oyunlarına start verilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” də bu mərhələdə ilk oyununa çıxıb. 

Sözügedən kollektiv səfərdə “Şanlıurfaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu rəqiblə ilk oyundan qələbəylə ayrılıb – 1:0.

Toğrul bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Tərəflər arasındakı cavab qarşılaşması mayın 13-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right