Azərbaycan millisi DÇ-yə 10 taekvondoçu ilə yollanır

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası dünya çempionatına hazırlığını başa vurub. Newsport.az xəbər verir ki, komandamız mayın 11-də Böyük Britaniyanın Mançester şəhərinə yollanır.


“Mançester Arena”da mayın 15-də startı veriləcək yarışlara mayın 19-da yekun vurulacaq. Millimiz bu mundialda 10 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun sərəncamında olan idmançılardan Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (87 kq yuxarı), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizə aparacaq.


Dünya çempionatına yollanan komandamıza Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev rəhbərlik edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right