Mxitaryan Bakıya gələcək?

Avropa Liqasında finala vəsiqə qazanan "Arsenal" problemlə üzləşib. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, "topçular"ın erməni futbolçusu Henrix Mxitaryan həlledici qarşılaşmanı buraxa bilər.

Azərbaycanla Ermənistan arasında davam edən münaqişə, üstəlik, Mxitaryanın 2011-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasına qanunsuz səfəri onun ölkəmizə buraxılmasına maneə yaradır. Bu səbəbdən "Arsenal" klubu yarımmüdafiəçisinin Bakıya gəlib-gəlməyəcəyini hələ bilmir. UEFA bu məsələdə İngiltərə təmsilçisini dəstəkləsə də, son sözü Azərbaycan tərəfi deyəcək.

Qeyd edək ki, "Arsenal" - "Çelsi" finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right