Emil Balayevli “Tobol”un yarımfinaldakı rəqibi bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Qazaxıstan kuboku çərçivəsində keçirilmiş “Kayrat”la 1/4 final matçında “Tobol”un 4 ən yaxşı oyunçusundan biri olub.

İlk iki yeri qolların və məhsuldar ötürmələrin müəllifləri - Baurjan Turısbeklə (343) Maksim Fedin (330) tutub. 3-cü yerdə 35 konstruktiv ötürmə verən Ruslan Valiullin (297) qərarlaşıb. Balayev isə Ruslandan cəmi 1 bal geridə (296) qalıb ki, qapıçımızın hesabına 1 qol ötürməsi də var. 

Qeyd edək ki, Emil komandasının 5:1 hesabıyla qalib gələrək yarımfinala çıxdığı bu səfər matçında cəmi 41 dəqiqə oynayıb və zədə səbəbindən əvəzlənib. Həmin vaxt "Tobol" hesabda 2:0 irəlidə olub.

Sonda onu da qeyd edək ki, artıq “Tobol”un yarımfinaldakı rəqibi də məlumdu. Püşkatma nəticəsində Kostanay təmsilçisinin finala vəsiqə uğrunda “Kaysar”la mübarizə aparacağı müəyyənləşib. İlk oyun mayın 22-də “Tobol”un meydanında, cavab qarşılaşması isə iyunun 19-da səfərdə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right