Denis Silva cəzalandı, dörd klub cərimələndi

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasın Azərbaycan Premyer Liqasının 27-ci turunda baş verən hadisələr də müzakirə olunub.

Newsport.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Keşlə” – “Zirə” matçında  meydan sahiblərinin müdafiəçisi Denis Silva sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu isə 200 manat cərimə olunub.

“Sumqayıt” – “Sabah” matçında  "gənclik şəhəri" təmsilçisinin  5, debütantın isə 4 futbolçusu sarı vərəqə ilə cəzalanğı üçün hər iki klub 800 manat cərimə ödəyəcək.

“Qarabağ” – “Səbail” matçında Ağdam təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right