Qurbanov: "Rəşad Sadıqov "Qarabağ" üçün böyük qüvvə, böyük kapitandır"

Azərbaycan Premyer Liqasının 27-ci turunda "Səbail"i 4:0 hesabı ilə məğlub edən "Qarabağ" ardıcıl 6-cı dəfə ölkə çempionu olub.

Newsport.az-ın məlumatına görə, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis çempionluq barədə fikirlərini bölüşüb:

"Öncə futbolçularımızı, rəhbərliyimizi, azarkeşlərimizi təbrik etmək istəyirəm. Sonadək bizimlə oldular. Hər şey sonda bizim üçün uğurlu oldu ki, buna görə şadam. Liderliyi ələ keçridik, sonadək qoruduq. Aftandil Hacıyevi də təbrik etmək istəyirəm ki, ilk medalı və avrokuboklara vəsiqəni qazandı. Az bir müddətdə çox iş gördülər. İstədiyiniz nöqtəyə çatmaqdan daha çətin orada qalmaqdır. Titul qorumaq daha çətindir. Hər sonrakı çempionluq bizim üçün daha əziz olur. Çünki hər il əziyyət çəkirik. Hamını razı salmaq lazımdır".

47 yaşlı çalışdırıcı çempionluğu çətin əldə etdiklərini deyib: "Hələlik Çempionlar Liqasını düşünmürük. "Neftçi" də çempion olmağa istəkli idi. Həmişə istəmişəm ki, komandalarımız güclü olsun, yeni sponsorlar gəlsin. Bu il qol baxımdan məhsuldarlıq yuxarıdırsa, deməli, işləri düzgün görmüşük".

Qurban Qurbanov komandanın kapitanı Rəşad Sadıqov barədə bu sözləri deyib: "Rəşad "Qarabağ" üçün böyük qüvvə, böyük kapitandır. O, qışdan bəri cavanlığını geri qaytardı. Nə qədər dəyərli olduğunu göstərdi. Hələ gücü var".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right