"Sabah" Xorvatiyada qrup lideri oldu

Xorvatiyanın Split şəhərində keçirilən “Dalmatinko Cup”da iştirak edən “Sabah”ın U-12 komandası turnirdə daha 2 oyun keçirib.

Newsport.az-ın məlumatına görə, Samir Əbdürəhmanovun yetirmələri əvvəlcə Xorvatiyanın “Primorats-2” komandası ilə qarşılaşıb. Görüş təmsilçimizin minimal hesablı (1:0) qələbəsilə nəticələnib. Matçda yeganə qola Amur Yusifov imza atıb.

Komanda daha sonra Polşa “Qurnik Zabrje”si ilə qolsuz bərabərə qalıb (0:0).

Təmsilçimiz dünən keçirdiyi oyunlarda Xorvatiyanın "Hayduk" (Split) klubuna 1, Polşanın "Qornik Imotski"sinə 2 cavabsız qolla qalib gəlib.

“Sabah” bu nəticələrdən sonra 10 xalla qrup mərhələsini lider kimi başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right