AFFA U-18 millisini bərpa edir

AFFA yenidən 18 yaşadək futbolçulardan ibarət milli komanda yaratmağa qərar verib.

Newsport.az-ın məlumatına görə, bu barədə Azərbaycan Radiosuna açıqlamasında aşağı yaş qruplarından ibarət milli komandaların koordinatoru Miloş Velebit məlumat verib.

Serbiyalı mütəxəssisin sözlərinə görə, U-18 millisi sentyabr ayından etibarən bərpa olunacaq.

Xatırladaq ki, AFFA 2018-ci ilin əvvəlində U-18 milli komandası yaratmışdı. Amma Qurban Qurbanovun əsas millidən istefasından sonra, digər yığmalarda da baş məşqçiliyi dəyişikliyi baş verdi. U-18 yığması da baş məşqçi Zaur Həşimovun gedişindən sonra fəaliyyətini dayandırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right