“Qarabağ”ın futbolçusundan qol rekordu

Azərbaycanın futbol üzrə aşağı liqalarında qol rekordu qırılıb.

Newsport.az xəbər verir ki, bu uğura "Qarabağ"ın U-14 komandasının üzvü Qarayev Amin İlqar oğlu ima atıb.

Gənc futbolçu meydana çıxdığı 27 oyunda 64 qola imza atıb. Bununla da futbolçu Pilağa Mehdiyevin 1999-cu ildəki rekordunu qırıb. Həmin vaxt Pilatğa 52 qol vuraraq rekord müəllifi olmuşdu.

Amin Qarayev ən məhsuldar oyunçu olaraq AFFA tərəfindən xüsusi diplomla təltif edilib.

Qeyd edək ki, U-14 liqasında çempion "Sabah" olub. "Binə" ikinci, "Qəbələ" üçüncü yeri tutub. Amin Qarayevin komandası "Qarabağ" isə 4-cü yerlə kifayətlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right