"Hədəf Bakıdan kubokla qayıtmaqdı" - Obameyanq

"Oyun 2:1 hesabı ilə başa çatsaydı, cavab görüşündə işimiz daha qəliz olardı. Əlavə olunmuş dəqiqədə qol vurduğum üçün çox xoşbəxtəm. İndi İspaniyaya bir qədər rahat yollana bilərik". Newsport.az saytının məlumatına görə, bunu "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq deyib.

Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Valensiya"nı qəbul edən "Arsenal" 3:1 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra fikirlərini bölüşən Obameyanq son dəqiqədə vurduğu qolun onlara ciddi üstünlük qazandırdığını düşünür.

Qabonlu forvard hədəflərinin kuboku qazanmaq olduğunu vurğulayıb: "Qalib gəlməyimizə baxmayaraq, cavab oyunu çox çətin olacaq. Çünki rəqib öz meydanında çox təhlükəli olan komandadı. Evdə qol buraxmasaydıq, daha yaxşı olardı. Ancaq yenə də üstünlük bizim tərəfimizdədi. Ümumiyyətlə, finala çıxmaqla kifayətlənmək fikrimiz yoxdu. Hədəfimiz Bakıdan kubokla qayıtmaqdı. Bunun üçün ilk növbədə "Valensiya" səddini keçməli olduğumuzu bilirik. Çempionlar Liqasında iştirak etmək istəyirik. Premyer Liqadan bunu gerçəkləşdirmək çətin görünür. İşi şansa buraxa bilmərik. Bu üzdən Avropa Liqasını da qazanmağa çalışacağıq".

Qeyd edək ki, "Arsenal"la "Valensiya" arasında cavab görüşü mayın 9-da keçiriləcək. Turnirin final qarşılaşması isə ayın 29-da Bakı Olimpiy Stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right