Kubokda meydan sahibi kim olacaq?

Azərbaycan kubokunun final görüşünün püşkatma mərasimi keçirilib. Newsport.az  xəbər verir ki, Peşəkar Futbol Liqasında reallaşan püşkatmadan sonra “Qəbələ” meydan sahibi elan olunub.

Püşkatmada “Sumqayıt”ı idman direktoru Zamiq Hüseynov, “Qəbələ”ni isə klubun meneceri Səbuhi Səfiyarlı təmsil edib.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı 19 may tarixdə Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right