17-ci finalçı, 9-cu qalib

“Sumqayıt” Azərbaycan Kuboku tarixinə finala yüksələn 17-ci komanda kimi düşüb.
 
Newsport.az xəbər verir ki, bunadək keçirilən 25 finalda 16 komanda iştirak edib. Bu göstəricidə rekord “Neftçi”yə məxsusdur – 10 dəfə. “Qarabağ” 9, “Xəzər Lənkəran” və “Keşlə” hərəyə 5 dəfə finalda meydana çıxıb.
 
“Qarabağ”ı iki oyunun nəticəsinə görə (1:0, 1:2) məğlub edərək yarımfinal səddini adlayan “Qəbələ” isə 4-cü dəfə bu uğura imza atıb. “Qırmızı-qaralar” “Kəpəz”ə çatıb. “Bakı” 3, “Kür-Nur”la “Şəmkir” hərəyə 2 dəfə finalda oynayıbsa, digər komandalar bir dəfə həlledici qarşılaşmada iştirak hüququ qazanıb. Bunlar “İnşaatçı” (Bakı), “İnşaatçı” (Sabirabad), “Şəfa”, “Xəzər” (Lənkəran), “Karvan”, “Xəzri” və “MKT-Araz”dır.
 
İlk dəfə finala yüksələn “Sumqayıt” kimi 4-cü dəfə həlledici görüşə vəsiqə qazanan “Qəbələ” də heç vaxt kuboku qazanmayıb. Bu isə o deməkdir ki, turnirin yeni qalibi olacaq. İndiyədək 8 komanda titula yiyələndiyindən bu klub kubokun 9-cu sahibi kimi tarixə düşəcək. “Neftçi” və “Qarabağ” hərəyə 6, “Kəpəz” 4, “Xəzər Lənkəran”la “Bakı” hərəyə 3, Bakı “İnşaatçı”sı, “Şəfa” və “Keşlə” hərəyə bir dəfə mükafatı başı üzərinə qaldırıb.
 
Tarix qalib Finalçı hesab
1992 “İnşaatçı” (Bakı) “Kür” (Mingəçevir) 2:1, əlavə vaxtda
1993 “Qarabağ” (Ağdam) “İnşaatçı” (Sabirabad) 1:0, əlavə vaxtda
1993/94 “Kəpəz” (Gəncə) “Xəzər” (Lənkəran) 2:0
1994/95 “Neftçi” (Bakı) “Kür” (Mingəçevir) 1:0
1995/96 “Neftçi” (Bakı) “Qarabağ” (Ağdam) 3:0
1996/97 “Kəpəz” (Gəncə) “Xəzri” (Bakı) 1:0
1997/98 “Kəpəz” (Gəncə) “Qarabağ” (Ağdam) 2:0
1998/99 “Neftçi” (Bakı) “Şəmkir” 0:0, pen 5:3
1999/2000 “Kəpəz” (Gəncə) “Qarabağ” (Ağdam) 2:1
2000/01 “Şəfa” (Bakı) “Neftçi” (Bakı) 2:1
2001/02 yarımçıq qalıb  
2002/03 keçirilməyib  
2003/04 “Neftçi” (Bakı) “Şəmkir” 1:0, əlavə vaxtda
2004/05 “Bakı” “İnter” (Bakı) 2:1, əlavə vaxtda
2005/06 “Qarabağ” (Ağdam) “Karvan” (Yevlax) 2:1
2006/07 “Xəzər-Lənkəran” “MKT-Araz” (İmişli) 1:0
2007/08 “Xəzər-Lənkəran” “İnter” (Bakı) 2:0, əlavə vaxtda
2008/09 “Qarabağ” (Ağdam) "İnter" Bakı 1:0
2009/10 “Bakı”  “Xəzər-Lənkəran” 2:1, əlavə vaxtda
2010/11 “Xəzər-Lənkəran” “İnter” (Bakı) 1:1, pen 4:2
2011/12 “Bakı” “Neftçi” (Bakı) 2:0
2012/13 “Neftçi” (Bakı)  “Xəzər-Lənkəran” 0:0, pen 5:3
2013/14 “Neftçi” (Bakı) "Qəbələ" 1:1, pen.3:2
2014/15 “Qarabağ” (Ağdam) “Neftçi” (Bakı) 3:1
2015/16 “Qarabağ” (Ağdam) “Neftçi” (Bakı) 1:0, əlavə vaxtda
2016/17 “Qarabağ” (Ağdam) "Qəbələ" 2:0
2017/18 "Keşlə" (Bakı) "Qəbələ" 1:0




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right