Fariz Nəcəfov: "Kubokla çempionatın qərarlarımıza təsiri olmayacaq

"Qəbələ" Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"ı mübarizədən kənarlaşdırıb və finala yüksəlib.
 
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın prezidenti prezidenti Fariz Nəcəfov oyundan sonra jurnalistlərə müsahibə verib. O, öncə oyunla bağlı danışıb:
 
- Bilirdik ki, ağır oyun olacaq. Gözlədiyimiz kimi də oldu. Komandanı təbrik edirəm. Finala kimi daha öncə də gəlmişik, ancaq son nöqtəni qoymamışıq. Ümid edirəm ki,  mayın 19-da layiqli oyun göstərərək, kuboku qazanacağıq.
 
- Artıq ardıcıl 3-cü dəfədir ki, finala yüksəldiniz.
- Bəli, ümumilikdə isə 4 dəfə final oynamışıq. Ancaq biz bu titula yiyələnə bilməmişik. İnanıram ki, bu dəfə kuboku qazanarıq.
 
- “Qarabağ” hesabda 2:0 öndə olanda komandaya inanırdınız?
- Mən bu komandaya həmişə sona qədər inanmışam. Uduzsaq da, udsaq da, onlara inamım var. İnanmasaq, işimizin mənası və məqsədi olmaz.
 
- Finalda hansı komanda ilə qarşılaşmaq istərdiniz?
- Fərqi yoxdur.
 
- Finalın Naxçıvanda keçirilməsinə münasibətiniz necədir?
- Artıq qərar verilib. Bununla bağlı nəsə danışsam, yanlışlıq olardı. Daha öncə bu barədə münasibət öyrənilməyib. Ona görə də oyun harada keçirilməsində asılı olmayaraq, ciddi hazırlaşmalıyıq.
 
- “Qəbələ”də büdcənin azaldılacağı ilə bağlı iddialar dolaşır. Kuboku qazansanız, planlar necə olacaq?
- Bu barədə hər şeyi danışa bilmirəm. Kubokla çempionatın bizim qərarlaırımıza təsiri olmayacaq. Əvvəlcədən planlaşdırığımız kimi gedirik. Komandanın gələcək strategiyası ilə bağlı yaxınlarda açıqlama olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right