Azərbaycan kubokunda finalçılar bəlli oldu Yenilənib

Azərbaycan kubokunda finalçılar müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" ilk oyunda 0:1 hesabı ilə uduzduğu "Qəbələ"ni qəbul edib. Oyunda ağdamlılar 2:1 hesabı ilə qalib gəlsə də, finala "Qəbələ" yüksəlib.

Digər yarımfinal oyununda "Zirə" “Sumqayıt”ı qəbul edib. İlk oyunda olduğu kimi, cavab matçı da heç-heçə ilə başa çatıb - 3:3. Bu nəticə "Sumqayıt"ı tarixində ilk dəfə ölkə kubokunun finalına çıxarıb.

Kubokun finalında "Sumqayıt"la "Qəbələ" qarşılaşacaq. Həlledici görüş Naxçıvanda baş tutacaq.

 

Azərbaycan Kuboku
 

Yarımfinalın cavab oyunları
 

1 may

20:00. “Zirə” – “Sumqayıt” - 3:3 
Qollar: 
Peyman Babayi, 19 (0:1), 27 (0:2),45 (0:3), Pərdis Fərcad-Azad, 47 (1:3), Sezar Rodrigez, 84 (2:3), Şafik Tiqrudja, 90+5 (3:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev 
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0

17:00. “Qarabağ” – “Qəbələ” - 2:1
Qol:
 Miçel, 36 (1:0), Kintana, 58 (2:0), David Volkov, 81 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right