Rizvanovlu “Bohemians” səfərdə sevindi

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 5-ci turunun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Arziman Rizvanovun formasını geyindiyi “Bohemians” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ostrava” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Rizvanov da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.

“Bohemians”ın U-21 komandası hazırda 9 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right